Türkiyəli hərbçi Azərbaycan Heydər Əliyev Kültür Evini ziyarət edib (FOTO)

Türkiyəli hərbçi Azərbaycan Heydər Əliyev Kültür Evini ziyarət edib (FOTO)
14:13 10 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyəli hərbçi, korgeneral Mehmet Baysan Türkiyənin İzmit şəhərindəki Azərbaycan Heydər Əliyev Kültür Evini ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Mehmet Baysanla birgə Kocaeli Qazilər Dərnəyi İdarə Heyətinin üzvləri də Kültür Evini ziyarət edənlər sırasında olub.

Mehmet Baysan və digər qonaqlar Kültür Evi, eləcə də burada yaradılmış Soyqırım Muzeyi, Heydər Əliyev adına kitabxana ilə tanış olublar. Təşkilatın rəhbəri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar ziyarətçilərə Azərbaycan Heydər Əliyev Kültür Evinin fəaliyyəti, reallaşdırdığı layihələr, həmçinin, ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı əks etdirən və hazırda muzeydə qorunan eksponatlar barədə məlumat verib.

Korgeneral Mehmet Baysan Azərbaycan Heydər Əliyev Kültür Evi ilə tanışlığın onlarda zəngin təəssürat yaratdığını, təşkilatın ofisini yenidən ziyarət edib, daha geniş məlumat alacaqlarını bildirib. O, 1993-cü ildə Azərbaycanda hərbi xidmət keçdiyini xatırladaraq, Azərbaycanın hər zaman Türkiyə üçün dost və qardaş ölkə olduğunu qeyd edib.

Sonda Bilal Dündar Azərbaycan Heydər Əliyev Kültür Evinə göstərilən diqqətə və ziyarətə görə qonaqlara təşəkkür edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR