Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni xalq hərəkatı yaradıla bilər

Azərbaycanda yeni xalq hərəkatı yaradıla bilər

Date: 10 December 2015 14:18

Dünən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, Pənah Hüseyn görüşün məqsədi barədə məlumat verib:

"Dünənki görüşdə ilkin razılıqlarımız olub. Kollektiv və səlahiyyətli orqanların partiyanın müvafiq orqanlarında müzakirəsi  barədə də razılığa gəlmişik. Razılıq ondan ibarətdir ki, sıx və dərin əməkdaşlıq olsun. Şübhəsiz ki, bura razılaşdırılmış fəaliyyət planlarının müəyyənləşdirilməsindən və həyata keçirilməsindən tutmuş, hələlik birgə məşvərət-məsləhət orqanlarının yaradılması, birgə iclasların,  tədbirlərin keçirilməsi, siyasi məsələlərə münasibətdə  mövqelərin uzlaşdırılması var. Məsələn, cəmiyyətdə yeni xalq hərəkatının yaradılması barədə müəyyən ideyalar səslənir. Məhz planlarımıza bu istiqamətdə fəaliyyətin uzlaşdırılması kimi məsələlər daxildir".

Pənah Hüseyn partiyaların birləşməsinin mümkünlüyünü də istisna etmir?

"Biz bu iki partiyanın birləşdirilməsi üçün danışıqlar aparırıq. Bildiyiniz kimi, müxtəlif formalarda ikitərəfli əməkdaşlıq təcrübələri var. Faktiki olaraq ilkin formada siyasi blok olmasa da, fəaliyyət göstərir. Sonradan təşkilata inteqrasiya edir. İndiki dövrdə siyasi müxalifətin qarşısında duran məsələlərdən biri onların pərakəndə təşkilati qurumlardan qüvvələrin insani və siyasi resurslarla birləşdirilərək iri siyasi partiyalara çevrilməsindən ibarətdir. Bu, xüsusilə oxşar ideoloji faktorlarda duran siyasi qüvvələrə, təşkilatlara aiddir. Hesab edirəm ki, müsavatçılıq, Əbülfəz Elçibəy, Rəsulzadə ideoloji kursuna dayandığını elan edən siyasi partiyaların bu istiqamətdə müəyyən addımlar atması da mümkündür və gözləniləndir".

Milli.Az


Tags:  Azərbaycanda yeni xalq hərəkatı yaradıla bilər

RƏYLƏR


Top news