Azərbaycandan oğurlanıb çıxarılan milyardlar SİYAHI

Azərbaycandan oğurlanıb çıxarılan milyardlar SİYAHI
14:19 10 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Global Financial İntegrity" tədqiqat mərkəzi yeni araşdırmasının nəticələrini açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, həmin araşdırmanın nəticələrinə görə, Azərbaycan kapitalın ölkə hüdudlarından kənara qanunsuz çıxarılması üzrə lider ölkələr siyahısına daxildir. Azərbaycan 148 ölkə arasında 17-ci yeri tutur.

"Global Financial İntegrity" (GFİ) inkişaf etməkdə olan ölkələrdən qanunsuz maliyyə axınını araşdıran məşhur təşkilatdır. GFİ-nin hesablama metodikası ölkədən yalnız qeyri-leqal yolla çıxarılan kapitalı, yəni sənədlərdə əks olunmayan maliyyə əməliyyatlarını nəzərdə tutur. GFİ gömrük bəyannaməsində idxalın və ya ixracın faktiki dəyərinin azaldımasını, yaxud artırılmasını əsas kanal hesab edir. Qeyri-leqal kapital axınının 83,4 faizi məhz bu kanalın payına düşür.

GFİ 2004-2013-cü illər üzrə məlumatları dəyərləndirib.

Məlum olub ki, Azərbaycandan hər il qeyri-leqal yolla 9,5 milyard dollar çıxarılır! Bu, yalnız GFİ-nin məlumatıdır!

Bu özünəməxsus antireytinq siyahısına ənənəvi olaraq Çin və Rusiya başçılıq edirlər. Çindən 139,228 milyard, Rusiyadan isə 104,977 milyard dollar qeyri-qanuni yolla çıxarılıb.

Siyahıda "ilk 20-liyə" daxil olan ölkələr bunlardır:

Çin - 139,228

Rusiya - 104,977

Meksika - 52,844

Hindistan - 51,029

Malayziya - 41,854

Braziliya - 22,667

Cənubi Afrika - 20,922

Tailand - 19,177

İndoneziya - 18,071

Nigeriya - 17,804

Qazaxıstan - 16,740

Türkiyə - 15,450

Venesuela - 12,394

Ukrayna - 11,676

Kosta-Rika - 11,346

İraq - 10,501

Azərbaycan - 9,500

Vyetnam - 9,293

Filippin - 9,025

Polşa - 9,002 milyard dollar.

Sonra da təəccüblə soruşuruq ki, Azərbaycanın pulları hara gedir. Yaxşı olardı ki, hər il ölkədən çıxarılan milyardların hara getdiyini axtarıb tapasan.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR