Şamaxıda 1045,7 ton meyvə istehsal olunub

Şamaxıda 1045,7 ton meyvə istehsal olunub
14:23 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Şamaxı, 10 dekabr, AZƏRTAC
Şamaxıda meyvə yığımı başa çatıb. Bağlardan 1045,7 ton məhsul, o cümlədən bölgə üçün daha xarakterik olan alma, armud, xurma, zoğal, əzgil, qoz, fındıq və sair götürülüb. Məhsul istehsalı da ötən ildəkinə nisbətən 0,3 faiz artıb.
Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Şamaxının meyvəçiliklə daha çox məşğul olunan şimal ərazilərindəki bağlardan yüksək məhsul götürülüb. Xüsusilə Qaleybuğurd, Dədəgünəş, Avaxıl, Çuxuryurd, Qızmeydan və bir sıra digər ərazi vahidlərində bol meyvə istehsal edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxida_10457_ton_meyve_istehsal_olunub-909985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR