Ürfan Abbasov: "Çox sayıq oynamalıyıq"

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qəbələ” – “Krasnodar” (Rusiya) oyunundan əvvəl keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov da iştirak edib.

Müdafiəçinin fikirlərini sizlərlə bölüşürük:

“Sabahkı görüşdə meydana çıxacaq heyət müəyyənləşmədiyindən bu qarşılaşmada iştirak edib-etməyəcəyimi hələlik bilmirəm. Baş məşqçimiz şans versə, meydana çıxmağa hazıram. Belə olsa, var gücümlə mübarizə aparıb, əlimdən gələni edəcəyəm. “Krasnodar”ın oyununu ətraflı təhlil etmişik. Bu komandanın futbolçuları əks-hücumlar zamanı çox sürətlidir. Bu üzdən çox sayıq oynamalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR