Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaçmazlı sahibkara 300 min manata başa gələn kreativ tanıtım

Xaçmazlı sahibkara 300 min manata başa gələn kreativ tanıtım

Date: 10 December 2015 14:28


Xaçmaz, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində fəaliyyət göstərən avtomobil təmiri sexlərindən biri müştərilərin diqqətini çəkmək üçün kreativ üsuldan istifadə edir.
AZƏRTAC xəbər verir ki, şəhərin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə “Zaparojets” markalı avtomobili dayaqlar üzərinə qaldıraraq uzaqdan görünməsini təmin edib. Avtomobil ilk baxışdan istismar müddətini bitirmiş nəqliyyat vasitəsinə oxşasa da, tanıtım məqsədi üçün istifadə edilənədək işlək vəziyyətdə olub. Amma dayaqlar üzərinə qaldırılan zaman çəkisi yüngül olsun deyə “Zaparojets”in motoru və digər hissələri çıxarılıb. Maşın dəmir konstruksiyaya qaynaq vasitəsilə bərkidilib.
Sexin sahibi 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manat ödəyərək “Zaparojets” alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin tanıtımı üçün istifadə olunur.
Avtoservisin sahibi köhnə “Zaparojets”in sayəsində bütün regionda tanındıqlarını və müştəri sarıdan korluq çəkmədiklərini bildirib.



Tags:  Xaçmazlı sahibkara 300 min manata başa gələn kreativ tanıtım


RƏYLƏR


Top news