Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Daha bir yüksək vəzifəli məmurun işdən çıxarılması təsdiqləndi

Daha bir yüksək vəzifəli məmurun işdən çıxarılması təsdiqləndi

Azərbaycanda yüksək vəzifəli dövlət məmuru vəfat etdi (22 Mart 2017 18:06)
"Azəriqaz"ın rəhbərinin işdən çıxarılması ilə bağlı (13 Mart 2017 15:29)

Tarix: 10 Dekabr 2015 14:28

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib. Trend-in məlumatına görə, bu gün İ.Mərdanovun fotosu və haqqında məlumat nazirliyin rəsmi saytından çıxarılıb. İ.Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xatırladaq ki, bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  yüksək vəzifəli məmurun işdən çıxarılması təsdiqləndi



RƏYLƏR


Top xəbərlər