Qazaxda Xalq Şairi Osman Sarıvəllinin 110 illik yubileyi qeyd edilib

Qazaxda Xalq Şairi Osman Sarıvəllinin 110 illik yubileyi qeyd edilib
14:38 10 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 10 dekabr, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının təşkilatçılığı ilə Xalq Şairi Osman Sarıvəllinin anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şairlər, gənc yazarlar, poeziya sevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yığıncağı AYB Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal açaraq, Osman Sarıvəlli yaradıcılığının ədəbiyyatımızın ən parlaq səhifələrindən biri olduğunu, onun şeirlərinin böyük məna kəsb etdiyini bildirib.
Qeyd edib ki, Azərbaycan poeziyasının inkişafında özünəməxsus xidmətləri olan Xalq Şairi Osman Sarıvəlli şeirlərinin hansı formada yazılmasından asılı olmadan öz orijinallığı ilə başqalarından seçilir.
Yerli şairlərdən Mustafa Rasimoğlu çıxış edərək, Osman Sarıvəlli yaradıcılığından və onun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının tələbələri Mahmud Məmmədov, Sevinc Tağıyeva, məktəbli Ülkər Hadızadə şairin şeirlərindən parçalar söyləyiblər.
Azərbaycan Aşıqlar Birliyi Qazax zona filialının sədri, aşıq Camoy Qurbanov müxtəlif saz havaları üstündə şairin şeirlərini oxuyub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_Xalq_Sairi_Osman_Sarivellinin_110_illik_yubileyi_qeyd_edilib-909992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR