Mozilla» şirkəti «Firefox OS» əməliyyat sisteminin dəstəyini dayandırıb

Mozilla» şirkəti «Firefox OS» əməliyyat sisteminin dəstəyini dayandırıb
14:46 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ucuz smartfon modelləri üçün nəzərdə tutulmuş «Mozilla» şirkətinin «Firefox OS» əməliyyat sistemi 2013-cü ildə təqdim edilib. İndi, 2015-ci ilin dekabrında «Firefox OS» sistemi öz fəaliyyətini dayandırır. Bu haqda «Mozilla» şirkətinin nümayəndəsi məlumat verib. Bu sınaq olduqca maraqlı olsa da, ancaq müəlliflər gözlədikləri nəticəni əldə etməyib.
 
Beləliklə, «Mozilla» şirkəti cari ilin dekabrından «Firefox OS» sistemi ilə işləyən smartfonların hazırlanmasını və buraxılışını dayandırır, amma əldə edilmiş bilik və təcrübəni “Əşyalar interneti” sahəsində tətbiq etməyi planlaşdırır.
 
Bildirək ki, «Firefox OS»-un «Android» və «iOS» platformalarından əsas fərqi onun internetlə sıx bağlılığı olub. Belə ki, əməliyyat sisteminə qurulmuş proqramlardan istifadə etmək üçün internetə çıxışa malik olmaq lazım idi. Bəlkə də bu amil sözügedən sistemin taleyində həlledici rol oynayıb. İnternetə çıxış olmadan işlədilməsi mümkün olmayan ucuz smartfonları üçüncü dünya ölkələrinə satmaq biznesin idarəsi üçün heç də yaxşı variant deyil.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40267-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR