Mariya Stadnik düyna ikincisi oldu

Mariya Stadnik düyna ikincisi oldu
14:47 10 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. 


Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. 


60 kq-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. 


Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb. 


48 kq

2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)


53 kq 

6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)


55 kq 

7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (11)

12. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (15)


58 kq

6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)


60 kq 

4. İrina Netreba - Polşa turniri 3-cü yer (5)


63 kq

14. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)

18. Elmira Qəmbərova - U-23 AÇ 3-cü yer (nr)

19. Raqnetta Qurbanzadə - AÇ gənclər 3-cü yer (nr)


Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mariya-stadnik-duyna-ikincisi-oldu-t46060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR