Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

QDİƏT-ə üzv ölkələrin XİN başçıları Buxarestdə Rumıniyanın sədrliyinin yekunlarını müzakirə edəcək

QDİƏT-ə üzv ölkələrin XİN başçıları Buxarestdə Rumıniyanın sədrliyinin yekunlarını müzakirə edəcək

Date: 10 December 2015 14:47

Bakı. 10 dekabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurası dekabrın 11-də növbəti toplantısını keçirəcək. "Report" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclas Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.
QDİƏT-ə üzv ölkələrin XİN başçılarının Buxarestdəki toplantısı Rumıniyanın sədrliyi çərçivəsində son iclas olacaq. Tədbirin gedişində tərəflər Rumıniyanın strukturun başında olduğu müddətdə QDİƏT fəaliyyətinin aktivləşdirilməsi və onun Qara dəniz regionundakı rolunun gücləndirilməsi, bank fəaliyyəti, kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın inkişafı məsələlərini müzakirə edəcək.
Görüşün gedişində təşkilata sədrlik yaxın yarım illik müddətə Rusiyaya keçəcək.
Qeyd edək ki, QDİƏT Qara dəniz və Cənubi Balkan regionunun 12 dövlətini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Azərbaycan da QDİƏT üzvüdür.

Tags:  QDİƏT-ə üzv ölkələrin XİN başçıları Buxarestdə Rumıniyanın sədrliyinin yekunlarını müzakirə edəcək

RƏYLƏR


Top news