Kataniyada Azərbaycanın fəxri konsulluğu açılıb

Kataniyada Azərbaycanın fəxri konsulluğu açılıb
14:48 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Kataniya, 10 dekabr, AZƏRTAC
İtaliyanın Siciliya bölgəsində yerləşən Kataniya şəhərində Azərbaycanın Siciliya və Kalabriya bölgələri üzrə fəxri konsulluğunun açılış mərasimi keçirilib.
Tədbirə Siciliya və Kalabriya regionlarının rəsmi nümayəndələri, burada akkreditə olunmuş baş konsulluqların təmsilçiləri, habelə adıçəkilən bölgələrə təyin olunmuş müxtəlif ölkələrin fəxri konsulları, ictimai xadimlər, iş adamları, jurnalistlər qatılıblar.
Mərasimdə çıxış edən Kataniya şəhərinin vitse-meri Marko Konsoli Azərbaycanın fəxri konsulluğunun məhz bu şəhərdə açılmasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, bu hadisə regionun iqtisadi və sənaye mərkəzi olan Kataniya ilə Azərbaycan arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin Siciliya və Kalabriya bölgələri üzrə fəxri konsulluğunun açılmasını önəmli hadisə kimi qiymətləndirib. Dərin köklərə malik Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu xatırladan səfir münasibətlərimizin tarixi ilə bağlı məqamlara toxunub. O, 1972-ci ildə Bakı ilə Neapolun qardaşlaşdığını xatırladıb, ölkələrimizin mədəni bağlarının dinamik inkişafından söz açıb. Bildirib ki, bu gün də Azərbaycan ilə İtaliya arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir.
Səfir siyasi əlaqələrlə yanaşı, ölkələrimiz arasında iqtisadi münasibətlərin də ürəkaçan olduğunu vurğulayıb. V.Sadıqov son illər İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektoruna böyük maraq göstərdiklərini xüsusi qeyd edib.
Səfir Azərbaycanın İtaliyanın regionları ilə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib, bu baxımdan İtaliyanın cənub bölgəsində fəxri konsulluğumuzun açılmasının əhəmiyyətli addım olduğunu deyib. Əminliklə vurğulayıb ki, qurum bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək.
V.Sadıqov fəxri konsul Domeniko Kokoya öz fəaliyyəti ilə İtaliyada Azərbaycanı dəstəklədiyinə görə minnətdarlığını bildirib və ona işlərində uğurlar arzulayıb.
Mərasim iştirakçıları ilə təəssüratlarını bölüşən Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko belə bir ada layiq görüldüyü üçün şərəf duyduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarını minnətdarlıqla qarşıladığını deyib. Bildirib ki, gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın tərəqqisinə töhfə verməyə hazırdır. D.Koko xüsusilə təmsil etdiyi regionun iş adamları ilə azərbaycanlı iş adamları arasında daha sıx əlaqələrin qurulması üçün səylə çalışacağını vurğulayıb.
Daha sonra İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi, ölkəmizin Maltadakı fəxri konsulu Kristian Balzan, İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin həmsədri Dündar Keşaplı və digər çıxışçılar təmsil etdikləri qurumların fəaliyyətindən, Azərbaycanın iqtisadi inkişafının və mədəni zənginliklərinin təbliği istiqamətində görülən işlərdən danışıblar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Kataniya




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Hər beş dəqiqəyə bir uşaq ölür

25 Aprel 2017 21:02

Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalın qalibi olub

25 Aprel 2017 20:57

Türkiyə QƏRAR verdi

25 Aprel 2017 20:57

6 ay ərzində 263 dəfə 112-yə zəng vuran qadın

25 Aprel 2017 20:57

76 yaşlı qadın özünü bıçaqladı

25 Aprel 2017 20:54

Azərbaycan bu məhsulun 80 faizini ixrac edəcək

25 Aprel 2017 20:52

Rusiyalı şahmatçı: "Mənim üçün turnir indi başlayır"

25 Aprel 2017 20:47

Yaşlarını biləndə inanmayacağınız məşhurlar - SİYAHI - FOTO

25 Aprel 2017 20:47

Qarabağda daha bir erməni əsgəri öldürülüb

25 Aprel 2017 20:44

Brüs Li Azərbaycanda

25 Aprel 2017 20:44

Teymur Rəcəbov: "Bəzən istədiyin oyun alınmır"

25 Aprel 2017 20:42

Naxçıvanda qanunsuz həkimlik və dərman satışı ilə məşğul olanlar saxlanılıblar

25 Aprel 2017 20:42

Bu şəxslər ali məktəblərə müsabiqəsiz QƏBUL OLACAQLAR

25 Aprel 2017 20:37

Pakistanda növbəti partlayış:

25 Aprel 2017 20:37

Terrorçulara pul yığan 450-dən artıq sayt bağlandı

25 Aprel 2017 20:33

"İcra başçısı o sözü dedikdən sonra mən ayıldım" - Elməddin

25 Aprel 2017 20:32

Körpəsini öldürüb canlı yayımda nümayiş etdirdi

25 Aprel 2017 20:32

Rus hərbçisini qətlə yetirən erməni HƏBS EDİLDİ

25 Aprel 2017 20:27

Fransada miqrantlar arasında DAVA - 10 YARALI

25 Aprel 2017 20:27

Səyyad Salahlı: "Dini icma sədrləri İslam həmrəyliyinin təbliğində fəal olmalıdırlar"

25 Aprel 2017 20:27

"AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir"

25 Aprel 2017 20:22

Bülent Ersoy məhkəmədə: "Qucağımda çəkilmiş fotosu var"

25 Aprel 2017 20:22

Bakıda çoxmərtəbəli binanın çardağında DƏHŞƏTLİ HADİSƏ

25 Aprel 2017 20:19

“Kardeşim benim 2” çəkiləcək

25 Aprel 2017 20:18

Sankt-Peterburqu qana boyayan təşkilat məlum oldu

25 Aprel 2017 20:13

Heç vaxt eşitmədiyiniz riyaziyyat hiylələri

25 Aprel 2017 20:13

Milyarderdən MƏSLƏHƏT:

25 Aprel 2017 20:13

"Sınıq Körpü"də kütləvi dava düşüb, gömrük işçisi döyülüb

25 Aprel 2017 20:12

Strasburqda əcnəbi məhkumlarla bağlı konfrans keçirilib

25 Aprel 2017 20:12

Mövsümün ikincisi

25 Aprel 2017 20:12

İranda prezidentliyə namizədlər debatlar keçirəcək

25 Aprel 2017 20:09

İTV-də kadr dəyişikliyi gözlənilir? - Yeni sədrdən AÇIQLAMA

25 Aprel 2017 20:05

İlkin Həsəninin toyundan ilk görüntülər

25 Aprel 2017 20:04

Rusiya üçün QARABAĞ ALOVU, “Müharibəyə hazırıq!”... - GÜNÜN SİYASİ XÜLASƏSİ

25 Aprel 2017 20:03

ETSN: Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

25 Aprel 2017 20:02

Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir

25 Aprel 2017 19:57

Türklərlə ermənilər qarşı-qarşıya gəldi

25 Aprel 2017 19:55

İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

25 Aprel 2017 19:52

"Anne"nin qəhrəmanı ata olacaq - FOTO

25 Aprel 2017 19:47

DƏHŞƏT: Ana 4 yaşlı qızını suda boğdu

25 Aprel 2017 19:43

50-ci ev məğlubiyyəti

25 Aprel 2017 19:42

Sergey Lavrov Qarabağ münaqişəsindən danışdı:

25 Aprel 2017 19:40

Traktorla "avtoşluq" faciəyə səbəb oldu

25 Aprel 2017 19:39

"İçerde" serialının bitəcəyi vaxt BƏLLİ OLDU

25 Aprel 2017 19:37

Tramp rekord vurdu - 100 günə 30 sənəd

25 Aprel 2017 19:37

Emmanuel Makronun ilk turda qələbəsi zəngin avropalılara 27 mlrd. dollar qazandırıb

25 Aprel 2017 19:37

Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb

25 Aprel 2017 19:35

Tramp rekorda imza atdı

25 Aprel 2017 19:33

"İnter"in 8-ci, "Qəbələ"nin 4-cü mükafatı - 3-cü dəfə eyni "üçlük"

25 Aprel 2017 19:32

İlham Qasımov: "Bunun üçün 20 min tələb edirlər"

25 Aprel 2017 19:32