Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranda bəzi hotellərdə qiymətlər 70 faiz aşağı salınıb

İranda bəzi hotellərdə qiymətlər 70 faiz aşağı salınıb

Date: 10 December 2015 14:48

Bakı. Təmkin Cəfərov - Trend:

İranda havaların soyumasına görə, bəzi bölgələrdə hotellərdə qiymətlərdə güzəştlər edilir və bu güzəştlər bəzi hallarda 70 faizə qədərdir. Bunu İranın hotel və mehmanxanalar birliyinin sədri Məhəmmədəli Fərrux deyib. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.

M.Fərrux bildirib ki, paytaxt Tehranda isə hotel və mehmanxanalardakı qiymətlər həftənin ilk günləri baha, son günləri isə ucuz olur: “Bu ona görədir ki, tətil və istirahət günləri Tehran hotellərində yerlər boşalır. Insanlar daha çox digər turizm bölgələrinə getməyə üstünlük verirlər. Həftənin son günlərində Tehrandakı hotel və mehmanxanalarda qiymətlərdə 20-60 faizədək güzəşt edilir.”

Onun sözlərinə görə, hotel və mehmanxanaların qiymətlərində artım gözlənilmir.

İranın Mehr agentliyinin məlumatına görə, İranda hazırda 1100 hotel var ki, onlardan 130-u 4 və 5 ulduzludur. 540 apartament hotel var ki, onlardan 30-u 5 ulduzdur. 2025-ci ilədək hotellərin sayının ölkədə 3 dəfə artırılması planlaşdırılır. Ekspertlərin fikrincə, 2025-ci ilə qədər İrana gələn turistlərin sayı indiki göstərici - 5 milyon nəfərdən 20 milyon nəfərədək artacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İranda bəzi hotellərdə qiymətlər 70 faiz aşağı salınıb

RƏYLƏR


Top news