Türkiyədə qarşıdurma, ölənlər var

Türkiyədə qarşıdurma, ölənlər var
14:51 10 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə polislərlə kürdlər arasında toqquşma baş verib, ölənlər var.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Nusaybin şəhərində polis və kürdlərlə toqquşma nəticəsində 7 sakin və bir polis əməkadaşı dünyasını dəyişib. Hadisə nəticəsində 8 polisin xəsarət aldığı da deyilir. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Xarici KİV-lərin məlumatına görə, kürdlərlə polis əməkdaşları arasında toqquşma 4 günə yaxındır ki, davam edir. Dekabrın 6-dan şəhərdə komendant saatı elan edilib.


Türkiyənin Nuseybin şəhəri


Hal-hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aprılır.

Bundan əvvəl isə Nusaybin şəhərinin mərkəzində partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, yaşayış evinə yaxın dayanmış bir maşın qəfildən partlayıb. İnsident nəticəsində bir nəfər ölüb, 20-yə yaxın insan zərər çəkib.

Zərər çəkmişləri Təcili tibbi yardım maşınları ilə Nusaybin Dövlət Xəstəxanasına aparıblar.


Türkiyənin Nuseybin şəhərində partlayış

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR