Məhkum müğənni: "İcazə ala bilməsinə təəccübləndim"

Məhkum müğənni: "İcazə ala bilməsinə təəccübləndim"
14:52 10 Dekabr 2015
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Həbsdə olan müğənni Deniz Sekinin "Eşkiya dünyaya hükümdar olmaz" serialında çəkilməsi hələ də güniş müzakirə olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının həbsxanada kamera qarşısına keçməsi bir çoxları üçün maraqlı layihə kimi görünsə də, tənqidlər də az olmadı. Bəzi media orqanları Denizə bu imtiyazın verilməsini digər məhkumların hüquqlarının pozulması kimi qələmə verib. Eləcə də D.Sekiyə hər zaman dəstək olan həmkarı Gülben Ergenin həyat yoldaşı Erhan Çelik də sosial şəbəkədə bunu tənqid etmişdi. O: "Bu, həbsxanaya kiçik əşya aparmaq üçün icazə alan analara hörmətsizlikdir", - demişdi.

13 aydır məhkum həyatı yaşayan ifaçı isə serialın çəkilişləri bitdikdən sonra təəssüratlarını bölüşüb:

"Bu serialı qəbul etməyimin tək səbəbi məhbusların səsi olmaq istəməyim idi. Burada köməyə möhtac, kimsəsiz, vəziyyəti yaxşı olmayan, görüşünə heç kim gəlməyən o qədər insan var ki...  Serialdakı dialoqlarım da onlar haqdadır. Serialın yaradıcı heyətinin çəkiliş üçün icazə ala bilməsinə təəccübləndim. Hər kəsə təşəkkür edirəm. Çünki 2 gün olsa da, özümü azad hiss etdim. Yaradıcı heyət gedəndən sonra kameraya dönəndə yenidən məhkum Deniz oldum".

D.Seki həbsdə yazdığı "Büyümüşsündür" mahnısını da ilk dəfə serialda səsləndirib. Həmin səhnələr növbəti seriyada göstəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR