Xorvatiya klubundan Rahid Əmirquliyevə təklif

Xorvatiya klubundan Rahid Əmirquliyevə təklif
14:57 10 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyev karyerasını Xorvatiyada davam etdirə bilər. Fanat.az apasport.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi “Riyeka” klubundan təklif alıb.

 

Xorvatiya çempionatının yüksək liqasında mübarizə aparan Riyekanın eyniadlı təmsilçisi yığmamızın futbolçusunu heyətində görməkdə maraqlıdı. Artıq balkanlılar futbolçu ilə danışıqlar da aparıb.

 

2006-cı ildən “Xəzər Lənkəran”da çıxış edib, bu ilin sonunda klubunu dəyişməyə qərar verən Rahid əməkdaşımızla söhbətində Xorvatiyadan təklif aldığını təsdiqləyib: “Düzdü, “Riyeka”dan təklif almışam. Lakin hələlik təklifə cavab verməmişəm. Dekabrın sonuna qədər “Xəzər Lənkəran”dayam. Sonra necə olacağı ilə bağlı hələ qəti qərar verməmişəm. Lakin karyeramı ölkəmizdə davam etdirməyim də istisna deyil”.

 

“Xəzər Lənkəran”a keçənədək Qusar “Şahdağ”ında çıxış edən Əmirquliyevlə digər yerli klublar da maraqlanır. Adı “Qəbələ”, “Qarabağ” və “Neftçi” ilə yanaşı hallansa da, Rahid böyük ehtimalla qış fasiləsindən sonra Ağdam təmsilçində forma geyinəcək.

 

Qeyd edək ki, gələn il 70 illik yubileyini qeyd edəcək “Riyeka” ardıcıl 4 mövsüm Xorvatiya çempionatını mükafatla başa vurur.

 

2013/14 və 2014/15 mövsümlərində 2-ci olan komanda hazırda da yalnız Zaqreb “Dinamo”sundan geri qalır. “Riyeka” ötən iki mövsümdə Avropa Liqasının qrupunda da mübarizə aparıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xorvatiya-klubundan-rahid-mirquliyev-tklif-t46061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR