Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zeytun yağının bu faydasını heç alimlər də bilmirdilər

Zeytun yağının bu faydasını heç alimlər də bilmirdilər

Date: 10 December 2015 15:05

Alimlər zeytun yağının daha bir faydasını aşkarlayıblar.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Environmental health perspectives" jurnalında yayımlanan araşdırmaya görə, zeytun yağı insan orqanizmini hava çirkliliyinin mənfi nəticələrindən qoruyur.
Araşdırma çərçivəsində orta yaşlı insanlardan ibarət 3 qrup yaradılıb.
Birinci qrup 1 ay müddətində gündə 3 ədəd balıq yağı kapsulu qəbul edib.
İkinci qrupa isə gündə 3 ədəd zeytun yağı kapsulu (təxminən, 2 çay qaşığı) verilib.
Üçüncü qrup isə heç bir yağdan içməyib. Hər 3 qrupdakı insanlar gündə bir neçə saat çirkli hava ilə nəfəs alıblar.
Nəticədə aydın olub ki, zeytun yağı içənlərin orqanizmi çirkli havanın səbəb olduğu bəzi problemləri daha tez aradan qaldırır.
Qeyd edək ki, alimlər ətraf mühitin çirkliliyinin ürək xəstəliklərinə, təzyiqə, qan damarlarının daralmasına, iflic və infarkt kimi hallara səbəb olduğunu vurğulayırlar. Ona görə də gündə 1-2 çay qaşığı keyfiyyətli zeytun yağı içmək tövsiyə edilir.

Milli.Az


Tags:  Zeytun yağının bu faydasını heç alimlər bilmirdilər

RƏYLƏR


Top news