Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyədə azərbaycanlı qaçaq tutuldu

Türkiyədə azərbaycanlı qaçaq tutuldu

Date: 10 December 2015 15:14

Türkiyə sərhədçiləri ölkəyə qeyri-qanuni keçən mühacirlərlə mübarizə çərçivəsində əməliyyat keçiriblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı reyd zamanı 75 qaçağın tutulduğunu açıqlayıb.

Baş Qərargah bildirir ki, Aydın, İqdır və İzmirdə keçirilən reydlər zaman Türkiyədə yaşamaq icazəsi olmayan 28 qaçaq həbs edilib. Onlardan 9 Mavritaniya, 7-si Fələstin, 5 Əfqanıstan, 4-ü Somali, hərəyə 1-i Ruanda, İraq və Azərbaycan vətəndaşlarıdır. Bundan əlavə, Türkiyədən Yunanıstana keçməyə cəhd edən 43 və İrandan Türkiyəyə keçən 4 qaçaq da tutulub.


Tags:  Türkiyədə azərbaycanlı qaçaq tutuldu


RƏYLƏR


Top news