AMEA-da "Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir dövlətçilik təlimi və müasirlik" mövzusunda konfrans keçirilib

AMEA-da "Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir dövlətçilik təlimi və müasirlik" mövzusunda konfrans keçirilib
15:18 10 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva-Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında "Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir dövlətçilik təlimi və müasirlik" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, ümummilli lider Heydər Əliyevin 40 ilə yaxın Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan sürətlə inkişaf edib: "Zaman keçdikcə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərib. Heydər Əlyev xalqla hakimiyyəti bir-birinə birləşdirə bilib. Ona görə də "Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev" bir şüara çevrilib. Heydər Əliyev 2-ci dəfə hakimiyyətə qayıtmasaydı, şübhəsiz ki, parçalanma olacaqdı. Onun adı Azərbaycan tarixinə həkk edilib. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixində böyül tərəqqi baş vermişdi".

Heydər Əliyevin hakimiyyəti dövründə AMEA-da çalışmasından fəxr etdiyini deyən A.Əlizadə qeyd edib ki, ulu öndər Azərbaycan ziyalılarının, böyük şəxsiyyətlərinin qayğısına həmişə qalıb.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdəki 1969-1986-cı illərə aid olan dövrü sovet dövrü ilə bağlıdır: "O, sovetlər dövrünün, dünyanın qəbul etdiyi siyasətçilərindən biri olub. Rus tarixçiləri hətta qeyd edirdilər ki, H.Əliyev SSRİ-nin rəhbər vəzifəsində qalsaydı, SSRİ-nun dövlət modeli başqa cür olardı. H.Əliyevin dövlətçilik təlimi balanslaşdırılmış idi. Azərbaycan tarixində Heydər Əliyev məktəbi də yaranmışdı. Heydər Əliyevin siyasətinin əsas istiqaməti müstəqil siyasət həyata keçirmək idi. Onun dövlətçilik təliminin əsasında həm də azərbaycançılıq dururdu. O, azərbaycançılığı dövlət ideologiyası səviyyəsinə çatdırdı. Azərbaycan ideologiası Heydər Əliyevin kəşfidir. Onun siyasətində ziyalılıq məsələsi çox böyük yer tuturdu".

İ.Həbibbəyli əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasətini uğurla davam etdirir.

Tarix İnstitunun direktoru Yaqub Mahmudov deyib ki, belə konfransların keçirilməsi AMEA-nın Heydər Əliyev irisnə göstərdiyi diqqətdir.

Onun sözlərinə görə, institutda Əliyevşünaslıq Elmi Tədiqat Mərkəzi fəaliyyət göstərir.

Y.Mahmudov qeyd edib ki, Azərbaycanda tarixində tarixi şəxsiyyətlər mövzusu geniş araşdırılmalıdır: "Tarixi şəxsiyyətlər sakit dövrdə formalaşmır. Tarixi şəxsiyyətlər o zaman yaranır ki, tarix çətin yollardan keçir. Azərbaycan xalqı 20-21-ci əsrlərdə dünyaya Heydər Əliyev kimi tarixi şəxsiyyət verə bildi. H.Əliyev dünyanın nadir şəxsiyyətlərinin sırasında ən uca zirvədə durub. O, öz zəkasının gücü ilə tarixin pilləsində ucala bilib".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR