Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qalmaqallı milyarderi qartal qorxutdu - VİDEO - FOTO

Qalmaqallı milyarderi qartal qorxutdu - VİDEO - FOTO

Date: 10 December 2015 15:22

ABŞ-ın simvolu olan ağbaş qartal amerikalı milyarder, prezidentliyə namizəd Donald Trampı bərk qorxudub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, insident Trampın ofisində baş verib.

"Time" jurnalı üçün fotosessiya hazırlanarkən iş otağına 27 yaşlı, "Sem Dayı" adlı qartal gətirilib və masada, milyarderin yanındakı dəmir həlqənin üstünə qoyulub.

Fotoqraf Trampa quşa bir qədər yaxın oturmağı təklif edib. Tramp əlini dəmir həlqənin altına uzadanda qartal hirslənib və milyarderin əlini dimdikləmək istəyib.

Bərk qorxmuş Tramp əlini çəkib.

Sonra Trampın qoluna qartal oturdulmuş vəziyyətdə fotosu çəkilməliydi. "Sem dayı" milyarderin uzatdığı qoluna oturanda yenə hirslənib və Trampı dimdikləməyə çalışıb.

Ağbaş qartal 1782-ci ildə ABŞ-ın milli simvoluna çevrilib.

Milli.Az





Tags:  Qalmaqallı milyarderi qartal qorxutdu VİDEO FOTO


RƏYLƏR


Top news