"Övladım ac qaldı"

"Övladım ac qaldı"
15:27 10 Dekabr 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva 23 kiloqram arıqladığını deyib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Günə baxan" verilişində hamiləliyindən bəhs edib:

"Hamiləlik vaxtı 87 kiloqram olmuşdum. Heç bir pəhriz saxlamırdım. Yemək məsələsində özümə qadağa qoymamışdım. Amma hamiləlikdə çox yox, düzgün qidalanmaq lazımdır. Əvvəl yeyib-içməyimə çox fikir verirdim ki, kökəlməyim. Ana olduqdan sonra arıqlamağa başladım. Hazırda 64 kiloqram olmuşam. Hələ 2 kiloqram da arıqlayacam. 2 ay ərzində aclıq elan etdim. Sağlam olmayan pəhriz saxladım. Sonradan nəticəsi pis oldu. Stress keçirdim, süd kəsildi, övladım ac qaldı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR