Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bahar Muradova: "...hər bir nardaranlı kömək etməlidir"

Bahar Muradova: "...hər bir nardaranlı kömək etməlidir"

Milli Məclis sədrinin müavini cəbhə bölgəsində (28 Fevral 2017 16:29)
Bahar Muradova: "Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik" (24 Fevral 2017 14:47)
Bahar Muradova: “Hər kəs bundan dərs götürməlidir” (10 Fevral 2017 14:43)

Tarix: 10 Dekabr 2015 15:32

Hesab edirəm ki, Azərbaycan dövləti və müvafiq qurumlar Nardaranda qanunla müəyyən olunmuş səlahiyyətlərini yerinə yetirir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Nardaran hadisələrinə münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, Nardaran sakinləri də daxil olmaqla, hər bir vətəndaş qanunun öhdəliklərinə əməl etməyə borcludur: "Biz hüquqlarımızı bildiyimiz kimi, vəzifələrimizə də diqqətlə yanaşmalıyıq. Hesab edirəm ki, Nardaranda vəziyyətin ümumi Azərbaycandakı vəziyyətə uyğunlaşdırılması prosesinə hər bir Nardaran sakini kömək etməlidir. Bu gün cəmiyyətimizi narahat edən məsələlərin aradan qaldırılması, radikal hərəkətlərə qarşı düzgün münasibətin formalaşması və digər məsələlərdə vətəndaşlar müvafiq qurumların apardığı işə dəstək verməlidirlər".

O əlavə edib ki, Azərbaycan qanunları ölkə sərhəddi daxilindəki hər yerdə hər bir şəxs üçün vahid şəkildə icra olunmalıdır.

Milli.Az


Teqlər:  Bahar Muradova hər nardaranlı kömək etməlidir



RƏYLƏR


Top xəbərlər