Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqı ilə birgə rəhbər komitəsinin ilk iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqı ilə birgə rəhbər komitəsinin ilk iclası keçirilib

Date: 10 December 2015 15:32

Bakı. 10 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım Layihəsi"nin rəhbər komitəsinin ilk iclası keçirilib.
"Report" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramovun sədrliyi ilə keçirilən iclasda Aİ-nin Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax, Nazirliyin aidiyyəti şöbələrinin məsul vəzifəli şəxləri, həmçinin layihənin icrası üzrə məsul olan Vialto Konsorsiumun üzvləri iştirak ediblər.
Layihənin icrası ilə bağlı nazirliyin tələbləri və gözlənilən nəticələr, eləcə də həlli vacib məsələlər və qarşıya qoyulmuş məqsədlər barədə geniş məlumat verilib və müzakirələr aparılıb.
Bundan sonra, layihə rəhbəri Pavel Tojaçekin təqdimatında layihənin ilkin hesabatı rəhbər komitənin diqqətinə çatdırılıb. İlkin hesabat çərçivəsində layihənin icra qrafiki və əhatə dairəsi, o cümlədən nəzərdə tutulan fəaliyyətlər və mövcud vəziyyət barədə ətraflı məlumat verilib.
Təqdimatdan sonra qeyd olunan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. 

Tags:  Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqı birgə rəhbər komitəsinin ilk iclası keçirilib

RƏYLƏR


Top news