Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hacıqabulda mikroavtobus aşdı: ölü və yaralılar var

Hacıqabulda mikroavtobus aşdı: ölü və yaralılar var

Hacıqabulda zəlzələ (22 Mart 2017 02:59)
Mikroavtobus dərəyə aşdı - ailənin 18 üzvü öldü (01 Mart 2017 15:52)
​Şagirdləri daşıyan mikroavtobus yandı (01 Mart 2017 10:54)

Tarix: 10 Dekabr 2015 15:34

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

 

Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər - ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov  Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.

 

Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 


Teqlər:  Hacıqabulda mikroavtobus aşdı ölü yaralılar var



RƏYLƏR


Top xəbərlər