Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yerevanda yürüş keçirilir

Yerevanda yürüş keçirilir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yerevanda səfərdədir (06 Mart 2017 16:22)
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda Prezident İlham Əliyevin iştirakı ilə yürüş başlayıb (26 Fevral 2017 09:57)

Tarix: 10 Dekabr 2015 15:37

Ermənistan paytaxtında insan haqlarının müdafiəsinə həsr olunmuş ənənəvi illik yürüş başlayıb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Komitəsinin keçirdiyi yürüşə konstitusiya islahatlarına qarşı çıxan "Yeni Ermənistan" Milli Xilas Cəbhəsi də qoşulub.

Yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına doğru irəliləyirlər. Təşkilatçıların sözlərinə görə, konstitusiya islahatları referendumunda Ermənistan vətəndaşlarının hüquqları kobud şəkildə pozulub.

Müxalif "İrs" partiyasının lideri Raffi Ovanisyan ölkədə hələ də siyasi məhbusların olduğunu, Erməni Milli Komitəsinin liderlərindən biri olan Levon Zurabyan isə referendumun keçirildiyi 6 dekabr tarixini sistem zorakılığı günü adlandırıb.

Onu da bildirək ki, Yerevanın Azadlıq meydanında planlaşdırılan mitinqdən öncə polis 3 nəfəri saxlayıb.

Milli.Az


Teqlər:  Yerevanda yürüş keçirilir



RƏYLƏR


Top xəbərlər