Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ABŞ-ın "Qızıl Qlobus-2016" mükafatları qaliblərə təqdim olunacaq

Date: 10 December 2015 15:42

"Report" xəbər verir ki, təqdimetmə mərasimi 2016-cı il yanvarın 10-da Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək.
"Qızıl Qlobus-2016"-nın bu dəfəki qaliblərini Hollivudun Əcnəbi Jurnalistlər Assosiasiyası seçəcək.
Təqdimatda 48 ölkədən 72 film iştirak edəcək. "Əcnəbi dildə ən yaxşı film" nominatsiyasında Rusiya kinematoqrafçılarının ekranlaşdırdığı "Qağayı" filmi nümayiş etdiriləcək.
Xatırladaq ki, 73-cü dəfə təqdim olunacaq "Qızıl Qlobus" mükafatı ilk dəfə 1943-cü ildə təsis edilib. 25 nominatsiyadan ibarət olan "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimini dünyanın 160 ölkəsindən 19,3 milyon insanın izləyəcəyi gözlənilir.  

Tags:  ABŞ-ın Qızıl Qlobus-2016 mükafatları qaliblərə təqdim olunacaq

RƏYLƏR


Top news