Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Sərhəd Xidməti "Günəşli"dəki yanğınla bağlı məlumat yaydı (FOTO)

Dövlət Sərhəd Xidməti "Günəşli"dəki yanğınla bağlı məlumat yaydı (FOTO)

Date: 10 December 2015 15:48

Bakı. Elmir Murad – Trend:

Dənizdə itkin düşmüş işçilərin axtarışı gündəlik olaraq Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikop­ter­lə­ri ilə qarşılıqlı əlaqədə həyata keçirilir.

Xidmətdən Trend-ə daxil olan məlumata görə, hazırda yanğın baş vermiş özül­dən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq hava­dan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində "Günəşli" yatağının yanan platformasına aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub.

Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradıl­mış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilir.

10 dekabr 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən ərazi­yə və axtarış rayo­nu­na baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Dövlət Sərhəd Xidməti Günəşlidəki yanğınla bağlı məlumat yaydı FOTO

RƏYLƏR


Top news