Ulu Öndərin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsi misilsiz xəzinəsidir

15:53 10 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasi (YAP) Nizami rayon təşkilatının və rayon ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə dekabrın 10-da ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçılar əvvəlcə Ulu Öndərin Heydər Əliyev Muzeyindəki büstü önünə tər güllər düzüb və burada yaradılmış sərgi ilə tanış olublar.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, müasir Azərbaycanın xilaskarı, memarı və qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ümummilli lider Heydər Əliyevin müdrik siyasətçi, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulmasında misilsiz xidmətlərindən bəhs edib.
Qeyd edilib ki, qeyri-adi şəxsiyyəti, əsl siyasətçiyə və dövlət xadiminə xas böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi əbədi yaşatmaq baxımından Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ulu Öndərin ölməz ideyaları, müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dahi şəxsiyyət Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gördüyü taleyüklü işləri xatırladıb, ölkəmizin bugünkü uğurların təməlində məhz Ulu Öndərin uzaqgörən siyasətinin dayandığını vurğulayıb.
Arif Qasımov deyib: İllər ötdükcə biz Heydər Əliyev dühasının müasir müstəqil Azərbaycanın tarixindəki əvəzsiz yerini daha dərindən dərk edir, onun siyasi əzəməti, beynəlxalq nüfuzu barəsində fikirlərimizi bölüşməyə mənəvi ehtiyac duyuruq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_siyasi_irsi_ve_dovlet_idarechiliyi_tecrubesi_misilsiz_xezinesidir-910016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR