1-ci Divizion: oyun cədvəlində dəyişiklik edildi

Futbol üzrə Azərbaycan 1-ci Divizionunun XII və XIII turunun oyun cədvəlində dəyişiklik edilib.

Belə ki, XII turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyunu canlı yayımla əlaqədar olaraq, 13 dekabr tarixdən 14 dekabr tarixinə keçirilib. XIII turun “Turan Tovuz” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Ağsu” matçları isə 17 dekabrda deyil, bundan bir gün sonra baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR