Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib
16:08 10 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib (14 İyun 2017 13:17)
Dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası üzrə yoxlamalar davam edir (12 İyun 2017 19:17)
DİN-də geniş kollegiya iclası keçirilib - (22 Aprel 2017 01:52)


Bakı, 10 dekabr, AZƏRTAC 
Vergilər Nazirliyində “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının 2015-ci ildə də davam etdiyini, bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılıb.
Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib, bu dəyişikliklər 2015-ci ilin oktyabrın 20-də Milli Məclis tərəfindən qəbul olunaraq, həmin ilin dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F.Məmmədov dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqinin də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Bildirilib ki, dövlət tərəfindən aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.
Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 min manatdan 100 min manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 min manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidır. Həmin dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.
Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.
Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf etdiyini diqqətə çatdıran vergilər naziri deyib ki, bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin və məsuliyyətli vəzifələr düşür. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır və bu da vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarına tam həcmdə və vaxtında əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülməsini tələb edir.
Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosial yönümlü olması, o cümlədən əhalinin böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir. Bütün bunlar artıq Məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun və digər normativ hüquqi aktların tətbiqi ilə əlaqədar konkret Tədbirlər Planının təsdiq edilməsi barədə əmr imzaladığını diqqətə çatdıran F.Məmmədov həmin planda nəzərdə tutulan tədbirlərin icrasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, bildirib ki, planda Vergi Qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni qaydaların hazırlanması və ya mövcud qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexaniziminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexanizminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin digər məsələlərlə bağlı treninqlərin keçirilməsi öz əksini tapıb.
Tədbirlər Planında büdcə proqnozları və onların icrası, Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərinə göstəriləcək xidmətlər, əhalinin və vergi ödəyicilərinin KİV-lər vasitəsilə məlumatlandırılması, vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, vergi ödəyicilərinin təsərrüfat subyektlərinin inventarizasiyasının keçirilməsi, operativ vergi nəzarəti tədbirlərinin təşkili zamanı tərtib olunan akt və inzibati xətalara dair işlər haqqında protokolun formasının tətbiq edilməsi, kadr və tədris məsələləri, yeni proqramlar əsasında vergi orqanı əməkdaşlarına təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Sonda vergilər naziri Fazil Məmmədov müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sinan əcnəbi qızla nişanlandı? - FOTO

23 İyun 2017 19:42

Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib

23 İyun 2017 19:42

Makron: “Bu, şərəf məsələsidir”

23 İyun 2017 19:38

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

23 İyun 2017 19:37

Mətbuat Şurasının iclasında media qurumları ilə bağlı şikayətlərə baxılıb

23 İyun 2017 19:35

"Fenerbahçe" Robin Van Persinin taleyinə aydınlıq gətirdi

23 İyun 2017 19:32

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

23 İyun 2017 19:29

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

23 İyun 2017 19:27

Ucarda 1 nəfər çayda batıb

23 İyun 2017 19:24

Azərbaycanın balıqçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

23 İyun 2017 19:22

Yaponiya hökuməti terrorçulara qoşulan yaponu vətəndaşlıqdan çıxardı

23 İyun 2017 19:22

Heydər Əliyev Sarayında yeni layihə: "Məşhurlar və övladları"

23 İyun 2017 19:22

“Çelsi”nin stadionunda “Qarabağ” klubu haqqında filmin təqdimatı

23 İyun 2017 19:18

Çin millisi Almaniya çempionatında çıxış edəcək

23 İyun 2017 19:17

Üç qatil fil divarı qırıb qaçdı - VİDEO - FOTO

23 İyun 2017 19:17

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi keçirilib -

23 İyun 2017 19:13

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

23 İyun 2017 19:12

Murad Dadaşovla Ranar Musayev barışdı - VİDEO

23 İyun 2017 19:12

"Qalatasaray"ın transferi açıqlandı: 8 milyon avro

23 İyun 2017 19:07

Dünyanın ən əsəbi xalqı açıqlandı

23 İyun 2017 19:05

Qusarda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

23 İyun 2017 19:04

DİM: Bu gün 57 088 şagird buraxılış imtahanı verib

23 İyun 2017 19:02

“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

23 İyun 2017 19:02

Daha bir şəxs “Space”dən getdi

23 İyun 2017 18:58

Kamal Abdulla: "Məhəbbət iki tərəfli olmalıdır" - FOTO

23 İyun 2017 18:52

Bakıda yoxa çıxan 17 yaşlı qızdan XƏBƏR VAR

23 İyun 2017 18:52

"Bakı-Sumqayıt" qatarından istifadə edənlərin NƏZƏRİNƏ

23 İyun 2017 18:49

15 yaşlı Azərbaycan gözəlindən İNANILMAZ SÖZLƏR: “Təklif gəlsə, alt paltırında...” - FOTO

23 İyun 2017 18:48

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:47

Fransa səfirimiz dəyişdirildi

23 İyun 2017 18:44

Azərbaycanın Fransada yeni səfiri təyin edilib

23 İyun 2017 18:42

Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

23 İyun 2017 18:42

Putin "Türk axını"nı işə saldı

23 İyun 2017 18:42

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:38

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli

23 İyun 2017 18:38

Azərbaycanın Fransadakı səfiri geri çağrılıb

23 İyun 2017 18:36

Çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat

23 İyun 2017 18:35

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verildi

23 İyun 2017 18:33

Azərbaycanlı aktyorlar festivala yola düşür

23 İyun 2017 18:32

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:29

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

23 İyun 2017 18:28

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar - FOTO

23 İyun 2017 18:27

Şirvanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

23 İyun 2017 18:27

Çempionlar Liqasında iştirak edəcək

23 İyun 2017 18:25

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq tapıldı

23 İyun 2017 18:22

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23 İyun 2017 18:22

Prezident İlham Əliyev

23 İyun 2017 18:20

İlham Əliyevdən Ramazan TƏBRİKİ

23 İyun 2017 18:19

"Şort geyinmək nədir, camaatın anası, bacısı var" - VİDEO

23 İyun 2017 18:17

"Barselona" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

23 İyun 2017 18:17