Səhiyyə naziri: "Donuz qripi" İranda tam nəzarətə götürülüb

Səhiyyə naziri: "Donuz qripi" İranda tam nəzarətə götürülüb
16:13 10 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

“Donuz qripi” epidemiyası ölkədə tam nəzarətə götürülüb, lakin bu virus var və insanlar ehtiyatlı olmalıdır. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın səhiyyə naziri Seyyid Həsən Qazizadə Haşimi bu gün Kirman əyalətində keçirilən toplantıda deyib.

H.Haşimi bildirib ki, qrip ölkədə havanın temperaturunun daha aşağı olduğu bölgələrdə daha geniş yayılıb: “Bölgədə bu virus geniş yayılıb və dünyanın hər bir yerində virusa yoluxanlar var. İmmuniteti zəif olanlar bu virusa daha tez yoluxurlar”.

O deyib ki, ölkədə sırf bu virusa yoluxduğuna görə ölüm halı qeydə alınmayıb: "Həlak olan şəxslərdə digər xəstəliklər olub və bu virusa yoluxmaqla həyatlarını itiriblər. Ölkədə virusa qarşı dərman çatışmazlığı yoxdur. Xəstəxanalarda yetərincə boş yer var və dərman da lazımi qədər mövcuddur".

İran səhiyyə nazirinin sözlərinə görə, Prezident Həsən Ruhani göstəriş verib ki, virusun yayılması ilə bağlı bütün məlumatlar əhaliyə çatdırılsın və heç bir şey gizlədilməsin: “Biz bütün məlumatları xalqımızla bölüşürük və onlardan heç bir şey gizlətmirik”.

O deyib ki, Kirman əyalətində 600 nəfər bu virusa yoluxub: "Onlardan 33 nəfər həyatını itirib".

Qeyd edək ki, İranın Kiapress.ir saytının məlumatına əsasən, ölkədə "donuz qripi"ndən son üç həftədə 40 nəfər ölüb. 35 nəfər Kirman , 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib.

İrada “donuz qripi” Azərbaycan sərhədlərinə yaxınlaşır. Belə ki, artıq Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində 5 nəfər “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsi İranda "donuz qripi"nin aşkarlanması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Komitədən Trend-ə deyiblər ki, hazırda "donuz qripi"nə yoluxmuş insanların sərhədi keçməsi halları qeydə alınmayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2467949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR