Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkan Şoray BDU-da (FOTO)

Türkan Şoray BDU-da (FOTO)

Date: 10 December 2015 16:18

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov T.Şorayı Unversitetdə görməkdən məmnunluğunu ifadə edib. O deyib ki, Türkan Şorayın “Eşq küləyi” filmi ona uğur gətirib və sonradan türk sinema tarixində öz möhürünü vurmuş "Qırmızı ləçək", "Sərçə balası", "Yol", “Arım, balım, pətəyim”, "Məhəbbətim mənim, kədərim mənim" kimi çox məşhur filmlərdə baş rolu ifa edib. Ümumilikdə 220 filmə çəkilən T.Şoray yaratdığı obrazları ilə tamaşaçıların böyük sevgisini qazanıb. Rektor onu da bildirib ki, əsli-kökü Azərbaycandan olan Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamlarındandır. Bir sözlə, o öz sənətinin sultanıdır.

Rektor çıxışının sonunda aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını təqdim edib. Aktrisanın qızı, T.Şorayın rejissoru olduğu “Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.

Türkan Şoray çıxış edərək BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu ifadə edib: "Universitet kollektivi və tələbələr mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları yaşatdı. Sizinlə bir arada olmaq, enerjinizi hiss etmək son dərəcə gözəl duyğudur".

Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa “Mən də sizə oxşayıram” deyərək auditoriyanın daha sürəkli alqışlarını qazanıb.

Sonra T.Şoray universitet tələbələrinin suallarını cavablandırıb.

Görüşdə BDU-nun Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da çıxış edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Türkan Şoray BDU-da FOTO

RƏYLƏR


Top news