Suraxanının səhiyyə işçiləri ulu öndərin xatirəsini anıblar

16:18 10 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsi Bakının Suraxanı rayonunun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında silsilə tədbirlərlə anılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir dekabrın 10-da Suraxanı Tibbi Bərpa Mərkəzində keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Suraxanı Tibbi Bərpa Mərkəzinin foyesindəki büstünü ziyarət edərək önünə tər güllər qoyublar.
Tədbiri giriş sözü ilə açan 9 nömrəli stomatoloji poliklinikanın baş həkimi Sənan Əliyev bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 12 il keçir. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim öyrənilməli və öyrədilməlidir. Dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Rayonun səhiyyə işçiləri çıxışlarında vurğulayıblar ki, ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çataraq onu zamanın ağır məngənəsindən xilas edib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm xidmətləri və fəaliyyəti ilə canlı əfsanəyə çevrilmiş Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Böyük şəxsiyyət Heydər Əliyev dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri kimi xalqının gələcəyini və vətəninin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalıb. Ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə tolerantlığın və dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınır, eləcə də beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar ölkə və qlobal böhran şəraitində belə davamlı inkişaf edən dövlət olaraq dünyanı heyrətləndirir. Müasir Azərbaycan hər gün yeni bir uğura imza atır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suraxaninin_sehiyye_ischileri_ulu_onderin_xatiresini_aniblar-910025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR