Ulu Öndər Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq

16:18 10 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Dekabrın 10-da Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev mədəni inkişafa xüsusi diqqət yetirib, bu sahənin görkəmli xadimlərinə dəstək göstərib. Məhz onun hakimiyyəti illərində Azərbaycanda xeyli mədəniyyət müəssisəsi inşa edilib, dövlətimiz inkişafın yeni səviyyəsinə yüksəlib. A.Bayramova vurğulayıb ki, Ulu Öndərin xatirəsi əbədiyaşardır.
Muzeyin müdiri Təranə Zeynalova ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən söz açaraq qeyd edib ki, bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var. Onun müdrik siyasi kursu beynəlxalq məkanda ölkəmizə böyük nüfuz qazandırıb.
Sonra qədim musiqi alətləri ansamblı çıxış edib.
Tədbirdə dövlət qurumlarının və Bakıdakı muzeylərin əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_Heyder_Aliyevin_xatiresi_ebedi_yasayacaq-910023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR