Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda "Qırmızı kitab"a düşən quşları ovladığına görə iki nəfər saxlanılıb

Date: 10 December 2015 16:27

"Report" xəbər verir ki, onlar Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının rayonun Səpnəkəran və Nərimanabad qəsəbəsi ərazilərində çöl quşlarının qanunsuz ovlanmasına qarşı birgə keçirdikləri reyd zamanı tutulub. 
Saxlanılan şəxslərin ov etmək üçün lazımi icazələrinin olmadığı müəyyən edilib. 
Qadağan edilən yerlərdə ov etdikləri bildirilən şəxslərin əşyalarına və avtomobilin yük yerinə baxış zamanı 1 ədəd ov silahı, ov geyimləri, 42 ədəd güllə-patron, 1 ədəd sapoq, quş səsləri çıxaran manoq aləti, 4 ədəd adı "Qırmızı Kitab"a düşmüş meşə cüllütü, 9 ədəd çöl ördəyi, 11 ədəd quş ovu üçün istifadə edilən suvenirlər aşkar edilərək maddi sübut kimi götürülüb. 
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin kobud şəkildə pozulması ilə əlaqədar protokollar tərtib edilib.

Tags:  Lənkəranda Qırmızı kitaba düşən quşları ovladığına iki nəfər saxlanılıb

RƏYLƏR


Top news