Elgiz ata olacaq (FOTO)

Elgiz ata olacaq (FOTO)
16:36 10 Dekabr 2015
233 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış aparıcılarından biri, ANS TV-sdə yayımlanan "Günə Baxan"nın aparıcı Elgiz Əkbər ata olmağa hazırlaşır.

Bu barədə aparıcı verilişində təsadüfən məlumat verib. O,dietoloq ilə müzakirə edərkən yoldaşının da hamilə olduğunu vurğulayıb.

Aparıcı ANS PRESS-ə açıqlamasında bu xəbəri təsdiqləyib. Teleaparıcı körpəsinin yanvar ayında doğulacağını deyib. "Biz onun cinsiyyətini bilmirik. O, Allah verən paydır. Əsas odur ki, sağlam doğulsun".


Elgiz Əkbər və onun həyat yoldaşı Əsmər

Elgiz Əkbər bu ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçib. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov idi.


Elgiz Əkbərin toy şəkili


"Günə Baxan" verilişin baneri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR