Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 28 min manatlıq televizor oğurlayanlara hökm oxundu

Bakıda 28 min manatlıq televizor oğurlayanlara hökm oxundu

Date: 10 December 2015 16:39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Həsrət Quliyev, 1975-ci il təvəllüdlü Həsən Məmmədov və 1979-cu il təvəllüdlü İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Həsən Məmmədov və Həsrət Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə bu il avqustun 9-da Qaradağ rayonunda baş verib.

Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlanıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, oğurluğu anbarda mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev törədib. Adıçəkilən şəxslər saxlanılıb.

 


Tags:  Bakıda 28 min manatlıq televizor oğurlayanlara hökm oxundu

RƏYLƏR


Top news