"Ən təhlükəli rəqibimiz Azərbaycandı"

"Ən təhlükəli rəqibimiz Azərbaycandı"
16:42 10 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə millimiz bu gün 2016-cı ildə Kolumbiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində çıxışına start verəcək. Komandamız Xorvatiya, Belarus və İsveçlə bir qrupda yer alıb. 


Qrupun oyunlar Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. Bu gün İsveç, sabah Belarusla qarşılaşacaq komandamız son oyununu ayın 13-də Xorvatiyaya qarşı keçirəcək.


Fanat.az xəbər verir ki, seçmə mərhələnin startından əvvə Xorvatiya yığmasının baş məşqçisi Mato Stankoviç oyunlarla bağlı fikirlərini bildirib. O, millimizlə bağlı da danışıb: 


"Biz düşünürdük ki, tam heyətlə seçmə mərhələyə qatılacağıq. Ancaq obyektiv olsaq, bizim çox problemlərimiz var. Əvvəlcə Bayruşeviçin daban sümüyü sındı, Marinoviçdə də sınma var, Matoşeviç isə hələ bir neçə gün əvvələ kimi məşqlərdə iştirak etməyib. Ancaq bununla belə, biz Osiyekə qrupda I yeri tutmaq üçün gəlmişik... 


Reytinqə görə, ən təhlükəli rəqibimiz Azərbaycandı. Onlar dünya sıralamasında bizdən öndədilər. Amma bizim üçün əsas matç Belarusla olacaq. İlk 2 komanda "pley-off"a vəsiqə qazanacaq deyə biz bütün diqqətimizi onlarla oyuna yönəltməliyik. Onların çempion olmuş klubu bizim çempionu UEFA Kubokundan kənarlaşdırdı. Belarus hətta Azərbaycanı da məğlub edə bilər. İsveç isə kağız üzərində ən zəif komanda kimi görünə bilər. Ancaq heç kim bura sadəcə səfər xətrinə gəlməyib".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotn-thlukli-rqibimiz-azrbaycandquot-t46064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR