Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Date: 10 December 2015 16:42

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olunub.
Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.

Tags:  Prezident İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

RƏYLƏR


Top news