İşə götürmə qarşılığında seksual təzyiq göstərənlərə ağır cəza veriləcək

İşə götürmə qarşılığında seksual təzyiq göstərənlərə ağır cəza veriləcək
16:44 10 Dekabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə, sərt cəzalar müəyyənləşdirilir. Lent.az-ın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR