Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakıda keçmiş məhkum 10 il müddətinə azadlıqdan məhrum edilib

​Bakıda keçmiş məhkum 10 il müddətinə azadlıqdan məhrum edilib

Date: 10 December 2015 16:47

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Camal Cəbrayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Cəbrayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Cəbrayılov tutulub. Ondan 1 kiloqram 10 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. C.Cəbrayılov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. 

Tags:  Bakıda keçmiş məhkum 10 il müddətinə azadlıqdan məhrum edilib

RƏYLƏR


Top news