"Övladlarımın müğənni olmasına icazə verməyəcəm"

"Övladlarımın müğənni olmasına icazə verməyəcəm"
16:51 10 Dekabr 2015
150 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İzzət Bağırzadə “Diapazon” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi övladlarından bəhs edib. O, uşaqlarının müğənni olmasına icazə verməyəcəyini bildirib:

“Evə gec gedən kimi övladlarım zəng edir: “Ata, harada qaldın?”. Evdə üç oğul böyüdürəm. Mütləq ata yanlarında olmalıdır. Böyük oğlum birinci sinfə gedir. Çox yaxşı oxuyur. Kiçiklərim isə əkizdilər, 4 yaşları var. İstəmirəm övladlarım müğənni olsun. İnsanlar bu fikrimi pis başa düşməsinlər. Özüm o qədər əziyyətlər çəkmişəm ki, istəmirəm övladlarım da onu yaşasın. İstəyirəm onlar yaxşı həkim, ya da idmançı olsunlar”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR