Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bolqarıstanda Azərbaycan qazının nəqlinə dair saziş imzalanıb

Azərbaycan və Rusiya XİN-ləri arasında yeni saziş imzalanıb (06 Mart 2017 14:47)
24 iranlı məhbus ölkəsinə təhvil verildi (02 Mart 2017 22:05)
24 məhbus Azərbaycandan İrana göndərildi (02 Mart 2017 21:38)

Tarix: 10 Dekabr 2015 16:52

"Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, sazişi Bolqarıstanın EAD Enerji Holdinqi və Yunanıstanın "Poseidon S.A" investisya şirkəti imzalayıb.
Bolqarıstanın energetika naziri Temenuzka Petkova imzalanma mərasimindən sonra qeyd edib ki, bu sazişlə təkcə Bolqarıstan və Yunanıstan üçün deyil, bütün Cənubi Avropa üçün strateji əhəmiyyət daşıyan bir layihənin həyata keçirilməsinə başlanılır.
Qeyd edək ki, bu layihə Azərbaycan qazının Avropa bazarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin komponentidir. Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya nəql olunacaq Azərbaycan qazının bir hissəsi IGB kəməri ilə Bolqarıstana çatdırılacaq.
Xatırladaq ki, 180 km uzunluğu olan IGB Bolqarıstan-Yunanıstan birgə müəssisəsi (EAD - 50%, "Poseidon S.A" - 50%) tərəfindən inşa olunacaq. "Poseidon S.A."-da Yunanıstanın DEPA şirkəti 25%, İtaliyanın "Edison" şirkəti isə 25% paya malikdir.
İllik ötürücülük qabilliyəti 3 mlrd. kubmetr nəzərdə tutulan kəmərin 2016-cı ilin oktyabr ayında inşasına başlanılması planlaşdırılır. IGB kəmərinin tikintisinə dair investisiya razılaşmasının imzalanması bu il iki dəfə təxirə salınıb.

Teqlər:  Bolqarıstanda Azərbaycan qazının nəqlinə saziş imzalanıb



RƏYLƏR


Top xəbərlər