Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib
16:58 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 10 dekabr, AZƏRTAC
Dekabrın 9-da ABŞ Konqresinin “Reybern” binasında ermənilərin ənənəvi illik şousu keçirilib: onlar qondarma Dağlıq Qarabağın qondarma müstəqillik gününü qeyd ediblər. Tədbir Xankəndindəki oyuncaq rejimin oyuncaq ofisi, Amerika Erməni Assambleyası (AEA), öz büdcəsini ABŞ erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi (AEMK), əslində özü müstəqil dövlət olmayan Ermənistan respublikasının ABŞ-dakı səfirliyi kimi qarşılıqlı əlaqəli strukturlar şəbəkəsi tərəfindən təşkil edilib. Erməni lobbi təşkilatları ABŞ qanunvericilərinin çoxunu şirnikləndirib bu qondarma “müstəqillik bayramı”na gətirməyə çalışsalar da, tədbirə yalnız üç konqresmen gəlmişdi: erməni icmasının üstünlük təşkil etdiyi Kaliforniyanın seçki dairələrini təmsil edən Ed Roys və Adam Şiff, habelə ABŞ Konqresində erməni kokusunun həmsədri, İllinoys ştatından konqresmen Robert Dold. Toplaşanların qalan hissəsi yalnız ermənilərdən ibarət idi.
Oyuncaq rejimin “şərəfinə” yığıncaqla eyni vaxtda “Reybern” binasının qarşısında ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilirdi. Bu aksiyada Vaşinqtonun və ətraf rayonların Azərbaycan icmasının üzvləri, habelə erməni təcavüzünü pisləyən amerikalılar və digər millətlərin nümayəndələri iştirak edirdi. Nümayişçilərin əllərində tutduğu plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar, Azərbaycan ərazilərinin işğal edilməsinin nəticələri, Ermənistanın vassallığı və onun müstəqil siyasi kursunun olmaması, Xocalı qırğını, BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatlar aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırılıb. Aksiya iştirakçıları “Ermənistan-terrorçu dövlətdir!”, “Ermənistan, Azərbaycandan rədd ol!”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Ermənistan – vassal dövlətdir”, “Rədd olsun Xankəndindəki oyuncaq rejim!”, “Amerikalı vergi ödəyicilərindən pul dilənməyiniz yetər!”, “Azərbaycan torpaqlarından əlini çək!”, “Mən qarabağlıyam, mənim evimi qaytarın!” və başqa şüarlarla çıxış ediblər.
ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Bəbir Məmmədli etiraz aksiyasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan ərazilərinin işğal olunmasının erməni lobbisi tərəfindən bayram edilməsi ilə əlaqədar, “ABŞ Azərbaycanlılar Şəbəkəsi” təşkilatı bizim icmanın üzvlərini Konqresin binası qarşısında toplayaraq öz etirazını bildirməyi, ABŞ qanunvericilərini və onların nümayəndələrini Azərbaycan ərazilərinin işğal edilməsi barədə məlumatlandırmağı, amerikalı siyasətçiləri Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasını pisləməyə çağırmağı qərara alıb.
Konqresmenlərdən bir neçəsi nümayiş iştirakçılarına yaxınlaşıb. Onlara erməni təcavüzü barədə ətraflı məlumat verilib.
Qeyd etmək lazımdır ki, təbliğat xarakterli tədbirin Konqres binalarından birində keçirilməsi onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən hər hansı tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin təşkil etdiyi bu tədbirə gəlmiş üç konqresmen də bunu özlərinin erməni seçicilərinin xatirinə ediblər. Ermənilərin tədbirinin bu binada keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu cüzi tədbirin əhəmiyyətini şişirtmək idi. ABŞ Konqresində Azərbaycan kokusunun həmtəsisçisi, keçmiş konqresmen Solomon Ortiz bu tədbirə əhəmiyyət verməməyə çağırıb. O deyib: “Burada Azərbaycan ərazilərinin qaytarılması məsələsində onu dəstəkləyən xeyli insan görməyə şadam. Bu torpaqlar erməni silahlı qüvvələri tərəfindən neçə ildir ki, işğal edilib, hərçənd, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən dörd qətnamə qəbul edib. “Reybern” binasında keçirilən tədbirə gəldikdə isə, bu, sadəcə ona görə mümkün olub ki, ABŞ azad ölkədir. Lakin bu heç də o demək deyil ki, Konqres və ya Dövlət Departamenti Azərbaycan ərazilərinin işğalı məsələsində erməniləri dəstəkləyir. ABŞ Konqresi bu tədbiri dəstəkləmir və Konqres üzvləri başa düşürlər ki, Azərbaycanın torpaqları işğal edilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hamısı yerinə yetirilməli, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmalıdır. Ona görə də bu tədbir hər il keçirilən adi təbliğatdır. Burada heç bir ciddi məsələ yoxdur”.
Erməni lobbi təşkilatları bir neçə həftədən bəri qanunvericilərə məktublar göndərir, onları şirnikləndirərək bu tədbirə dəvət edirdilər. Lakin onların səyləri puç oldu. ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika qanunvericilərini erməni təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirdi və Konqresin nümayəndələrini erməni millətindən olan və oyuncaq rejimi ABŞ paytaxtında reklam edən vəzifəli şəxslərə məhəl qoymamağa və siyasəti ABŞ-ın milli maraqlarına uyğun olmayan Ermənistanı pisləməyə çağırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Neqativ düşüncələri başımızdan necə atmalı?

25 İyul 2017 20:57

Səidə Sultan özündən çıxdı, hədələdi

25 İyul 2017 20:55

Tənhalıq nədir?

25 İyul 2017 20:52

Sağlam olmaq istəyən üçün Məsumlarımızın buyuruşları

25 İyul 2017 20:47

"Qarabağ" üçün tarixi gündür

25 İyul 2017 20:44

Gənclər üçün Təhsil Mərkəzi Şirvan şəhərində Şirvanda konfrans keçirib

25 İyul 2017 20:42

Kələmin orqanizmə faydaları

25 İyul 2017 20:42

VİDEO: Benzinlə bağlı bu görüntüləri izləyin

25 İyul 2017 20:36

Kılıçdaroğlundan qalmaqallı açıqlama: “Uşaqlara təcavüz etmək sərbəstdir”

25 İyul 2017 20:33

Fəvvarələr Meydanında “Music Band” çəkildi - FOTO

25 İyul 2017 20:32

"Moody’s" Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

25 İyul 2017 20:32

ABŞ-ın bikini gözəlləri - FOTO

25 İyul 2017 20:32

Əkizlər haqqında

25 İyul 2017 20:30

67 yaşlı qadının gözlərindən 27 linza çıxarılıb

25 İyul 2017 20:27

Kişilər qadınlarda nəyə aşiq olur? Bürclərə görə XARAKTERİSTİKA

25 İyul 2017 20:27

Dünyanın ən bahalı maşın nömrəsi: BU MƏBLƏĞƏ İNANMAQ OLMUR

25 İyul 2017 20:27

Ermənistanda qubernatorun müşaviri itkin düşdü

25 İyul 2017 20:22

Çempionlar Liqasında III tur həyəcanı - YENİLƏNİR

25 İyul 2017 20:22

Ac qarına zeytun yağı içməyin faydası

25 İyul 2017 20:22

Mərakeş Krallığının səfiri Tərcümə Mərkəzində olub

25 İyul 2017 20:17

Eşqdən “əsən” qocanı daşqalaq etmək istəyən var?

25 İyul 2017 20:17

Günay İbrahimli belə yaxalandı

25 İyul 2017 20:16

Tovuzda gənc oğlan əmisini döydü

25 İyul 2017 20:13

Tovuzda QAZel aşdı, ana və övladı yaralandılar

25 İyul 2017 20:12

Avtomobil bazarında durğunluqdur - SƏBƏB

25 İyul 2017 20:12

İmam Əlinin həqiqi dostu belə olur

25 İyul 2017 20:12

Amerika gəmisi İranın hərbi gəmisinə atəş açıb

25 İyul 2017 20:09

Fransa meri siçovul yedi - VİDEO

25 İyul 2017 20:05

“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib

25 İyul 2017 20:05

Özündən xəbərsiz fotolarını çəkdilər - FOTO

25 İyul 2017 20:05

"Toyota" 2022-ci ildə bir neçə dəqiqədə enerji yığan elektromobil istehsal edəcək

25 İyul 2017 20:02

Bu dondurmaların da istehsalı dayandırıldı

25 İyul 2017 19:57

Hipnoz nədir?

25 İyul 2017 19:57

Qabiliyyət nədir?

25 İyul 2017 19:52

Qənirə Paşayevaya Türkiyədə fəxri vətəndaşlıq verilib - FOTO

25 İyul 2017 19:52

Auditorlar Palatasında “dəyirmi masa” təşkil olunub

25 İyul 2017 19:52

ABŞ hərbi gəmisi İran gəmisinə atəş açdı

25 İyul 2017 19:50

Əl, ayaq və digər orqanlarda ŞİŞKİNLİYİN 8 TƏHLÜKƏLİ SƏBƏBİ - FOTO

25 İyul 2017 19:48

Tovuzda 50 yaşlı kişi qardaşı oğlu tərəfindən döyülüb

25 İyul 2017 19:47

Damar tıxanıqlığının qarşısını almaq üçün 3 təbii çarə

25 İyul 2017 19:47

“Neftçi” – “Şalke” matçı canlı yayımlanacaq

25 İyul 2017 19:44

Tovuzda avtomobil aşdı - Ana və övladı...

25 İyul 2017 19:33

Stres çarxının yeni rəqibi - Orbiter - VİDEO

25 İyul 2017 19:32

Bu restoranda ofisiant qızlar yarıçılpaq gəzir - FOTO

25 İyul 2017 19:32

İqtisadçılar Fed-dən sürpriz gözləmir

25 İyul 2017 19:32

Dünya Azərbaycanlıları Assambleyası

25 İyul 2017 19:29

Şəki Penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

25 İyul 2017 19:27

310 milyard dollar sərvəti olan sənayeçi - FOTO

25 İyul 2017 19:27

İsti su içmək üçün 6 səbəb

25 İyul 2017 19:22

“Narkomaniyaya qarşı mübarizə”

25 İyul 2017 19:20