Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rusiya almır biz alarıq" (VİDEO)

"Rusiya almır biz alarıq" (VİDEO)

Date: 10 December 2015 17:01

Türkiyənin Osmaniya bölgəsində Rusiyanın təyyarə vurulmasınsdan sonra təsdbiq etdiyi enerji sanksiyalarına qarşı qeyri-adi aksiya keçirilib.

ANS PRESS-in məlumatına görə, Kadirli rayonunda sərhəddən geri qaytarılan məhsullar “Rusiya almırsa biz alarıq” şüarı altında aksiyaya qoşulan əhaliyə paylanılıb. Qaytarılan məhsullar arasında pomidor və naringi üstünlük təşkil edib. Aksiya zamanı ümumilikdə 10 ton məhsul sakinlərə pulsuz verilib.



Rusiya sanksiyalarına qarşı Bursada da maraqlı təklif irəli sürülüb. Belə ki, Gedelek məhəlləsində yerləşən turşu istehsalçılar çağırış edərək Rusiyanı almadığı məhsulların onlara verilməsini istəyiblər. Onlar meyvə tərəvəzdən turşu hazırlayaraq onları daha yaxşı dəyərləndirərək biləcəklərini deyiblər.

Rusiyanın verdiyi qərarlardan sonra Antalyadan gələn 500-600 ton tərəvəz burada turşu hazırlanıb.



Rusiyaya məxsus Su24 təyyarəsinin Suriya-Türkiyə sərhəddində vurulmasından sonra iki ölkə arasında vəziyyət gərginləşib. Rusiyanın türk mallarına qarşı tətbiq etdiyi embarqo hər iki ölkədə insanlara problemlər yaradıb.

Belə ki, Rusiyanın türk məhsullarına qoyduğu embarqo nəticəsində sərhəddən tonlarla məhsul geri qayıdıb.



Tags:  Rusiya almır biz alarıq VİDEO


RƏYLƏR


Top news