Nardaranda "Gənclər şəhərciyi"nin salınması təklif edilir

Nardaranda "Gənclər şəhərciyi"nin salınması təklif edilir
17:05 10 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Uzun zamandır ki, Bakıda "Gənclər şəhərciyi"nin tikilməsi ilə bağlı müzakirələr aparılır. Lakin məsələ zaman-zaman gündəmə gətirilsə də, ortada real iş görünmür. Bununla belə, gənclər Bakıda bu məsələnin yaxın gələcəkdə gerçəkləşəcəyinə çox ümidlidirlər.

Məsələ ilə bağlı Milli Məclisin yeni yaradılmış Gənclər və idman komitəsinin sədri Fuad Muradov Milli.Az-a bildirib ki, o, Bakıda "Gənclər evi"nin yaradılması ilə bağlı bundan əvvəlki çağırış Milli Məclis dövründə dəfələrlə çıxış edib:

"Hesab edirəm ki, bu, çox vacib məsələdir. Birinci ona görə ki, bununla bağlı müsbət nəticə verən xarici təcrübə var. Təbii ki, biz də dünyanın mütərəqqi təcrübəsindən yararlana bilərik.

Digər tərəfdən, bizim gənclərin də belə şəhərciyə böyük ehtiyacı var. Düşünürəm ki, gənclər bir yerdə öz potensiallarını daha yaxşı şəkildə aça bilərlər. Onlar asudə zamanlarının faydalı iş əmsalını da artırmış olarlar".

"Gənclər şəhərciyi"nin harada salınmasına gəlincə, komitə rəhbəri qeyd edib ki, bununla bağlı müxtəlif variantlar üzərində dayanmaq olar: "Hesab edirəm ki, "Gənclər şəhərçiyi" elə bir yerdə salınmalıdır ki, həm mənzərəli yerdə olsun, həm də gənclərimiz asudə vaxtlarını mənalı, səmərəli keçirsinlər, boş zamanlarını faydalı məsələlərə həsr etsinlər. Bu baxımdan, şəhərciyin salınacağı yer çox önəm kəsb edir. Bakı Xəzər dənizinin sahilində yerləşir. Belə bir coğrafiyada biz bu şəhərciyi birmənalı olaraq, dəniz sahilində salsaq, hərtərəfli udmuş olarıq. Şəxsən mən bunun tərəfdarıyam. Ona görə də Bakının dəniz sahilində yerləşən kəndlərindən birində bu şəhərciyin salınması məqsədəuyğun olardı. Belə bir yer kimi Nardaran qəsəbəsi üstündə dayanıram".

Komitə sədri parlamentdə bu təkliflə geniş şəkildə çıxış edəcəyini açıqlayıb.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR