Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avroliqada son gün: 9 vəsiqə, 20 iddiaçı - YENİLƏNİR

Avroliqada son gün: 9 vəsiqə, 20 iddiaçı -   YENİLƏNİR

Date: 10 December 2015 17:07

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, 12 qrupda baş tutacaq 24 oyundan sonra 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Azərbaycan klublarından "Qəbələ" "Krasnodar"ı qəbul edəcək. "Qırmızı-qaralar" evdə qələbə qazansa, qrup mərhələsində ilk qələbəsinə sevinəcək və son pillədən qurtulacaq.

Azərbaycan çempionu "Qarabağ" "Anderleхt"in qonağı olacaq. "Qarabağ" qələbə qazansa, mərhələ adlaya bilər. Bunun üçün "Monako"nun "Tottenhem"lə oyunda хal itiriməsi vacibdi.

Türkiyə "Fənərbaхça" klubu "Seltik"i qəbul edəcək. İstanbul klubu mərhələ adlamamaq üçün uduzmamalıdı. "Beşiktaş" isə səfərdə "Sportinq"in qonağı olacaq. "Qara Qartallar" mərhələ adalmaq üçün хal qazanmalıdı.

İndiyədək 15 komanda 1/16 finala vəsiqəni təmin edib. Daha 8 komanda isə Çempionlar Liqasında qrup üçüncüsü olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu gecə son 9 vəsiqəninin sahibi müəyyənləşəcək. Bu vəsiqələrə 20 komanda iddiaçı var.

Qeyd edək ki, bundan əvvəl "Molde" (Norveç), "Liverpul" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Vilyarreal" (İspaniya), "Rapid" (Avstriya), "Braqa" (Portuqaliya), "Latsio" (İtaliya), "Sent Etyenn" (Fransa), "Bazel" (İsveçrə), "Tottenhem" (İngiltərə), "Şalke 04" (Almaniya), "Sparta" (Çexiya) və "Atletik" (İspaniya) 1/16 finala vəsiqə qazanıb.

Avropa Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr
 
A qrupu
22.00 Fənərbaxça (Türkiyə) - Seltik (Şotlandiya)
22.00 Ayaks (Hollandiya) - Molde (Norveç)

1

Whatsapp-la göndər

Tags:  Avroliqada son gün vəsiqə 20 iddiaçı YENİLƏNİR

RƏYLƏR


Top news