Sığorta şirkətləri kompensasiya ödəmir (VİDEO)

Sığorta şirkətləri kompensasiya ödəmir (VİDEO)
17:16 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə yağan yağışlardan sonra sığorta şirkətlərinə kompensasiya üçün müraciət edənlərin sayı artıb.

ANS TV-nin məlumatına görə, ötən gün havaların yağışlı keçməsi nəticəsində bir neçə avtomobilin üzərinə ağac aşıb. Bəzi yerlərdə isə yollardakı göllər isə avtomobillərin mühərrikinə zərər vurub. Belə olan halda sürücülər sığorta şirkətinə müraciət edib. Amma heç də hamı razı qalmayıb. Səbəb isə sığortalananların yağışla bağlı yaranan bəzi problemlərinin konüllü və ya kasko sığortasında nəzərə alınmaması olub.

Paytaxtdakı sığorta şirkətlərindən verilən xəbərə görə isə vətəndaşa təklif olunan bütün standart sığorta paketlərində bu mümkündür.

Bu gün avtomobilin ilindən, markasından, modelindən asılı olaraq sığorta qiymətləri dəyişir. Yəni standart paketlərdə vətəndaşa 10000 manatlıq avtomobili sığortalamaq üçün 300 manat pul lazım olur.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR