Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır

Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır

Türkmənistan prezident seçir (12 Fevral 2017 09:22)
Türkmənistanda prezident seçkiləri başladı (12 Fevral 2017 08:38)
Türkmənistanda prezident seçkiləri başladı (12 Fevral 2017 08:09)

Tarix: 10 Dekabr 2015 17:22

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə nəzərdə tutulan cərimənin məbləği 20 dəfədən çox artırılır.
“Report” xəbər verir ki, cərimənin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.
Belə ki, dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə 1500 manatdan 2 000 manatadək miqdarda cərimə ediləcək.
Hazırda bu cərimənin məbləği səksən manatdan doxsan manatadək nəzərdə tutulub.
Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Teqlər:  Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına cərimə artırılır



RƏYLƏR


Top xəbərlər