​Lənkəranın daha bir kəndinə qaz verilib

​Lənkəranın daha bir kəndinə qaz verilib
17:22 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Lənkəranın Haftoni inzibati ərazi dairəsi Talışlı kəndinə təbii qazın verilməsi münasibətlə təntənəli açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimi giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Haftoni inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zahid Əzimov əlamətdar hadisə münasibətilə bütün kənd sakinlərinin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib.
Lənkəran Regional Qaz-İstismar İdarəsinin rəisi Elçin Məmmədov Talışlı kənd sakinlərini təbrik edib, onlara mavi yanacaqdan səmərəli istifadə və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində bildirdi ki, bu gün Talışlı kənd sakinlərinin həyatında ən xoş, əlamətdar günlərdən biridir: "Uzun illər həsrətində olduğunuz mavi yanacağın kəndinizə verilməsi və xüsusilə bu hadisənin payız-qış mövsümünə təsadüf etməsi hər bir sakinin sevincinə səbəb olmuşdur". İcra başçısı ümidvar olduğunu bildirdi ki, təbii qazın kəndə verilməsi hər bir sakinin rahatlığına xidmət edəcəkdir: "Qoy mavi yanacaq evlərə hərarət, istilik, xeyir-bərəkət gətirsin".
Sonda rəmzi məşəl alovlandırıldı.
Qeyd edək ki, Talışlı kəndində 158 abonent təbii yanacaqdan istifadə edəcək. Bu məqsədlə 158 mexaniki sayğac və qaztənzimləyici quraşdırılıb, evlərə 8090 p/m boru çəkilib.
Talışlı Lənkəranın qazlaşdırılan sayca 64-cü kəndidir (ümumi abonentlərin 85%-i).


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/lenkeranin-daha-bir-kendi-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR